Səfərbərlik Xidməti QANUNLARI BELƏ POZUR... - tender keçirmədən 627 min manatlıq geyim alır

24-08-2026, 12:06           
Səfərbərlik Xidməti QANUNLARI BELƏ POZUR... - tender keçirmədən 627 min manatlıq geyim alır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Gill Med” QSC (VÖEN – 5000825521) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, Dövlət Xidməti “Gill Med” QSC-dən hərbi geyim forması və ləvazimatlar alacaq və qarşılığında 626 min 961 manat 14 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 2002 manat 50 qəpik olan “Gill Med” QSC-nin hüquqi ünvanı “Nərimanov rayonu, ev 3C, m304”də yerləşir. QSC-nin qanuni təmsilçisi Məmmədov Rüstəm Xudu oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]