Bulvarda "Mirvari kafesində çay... 1 çaynik çay.. 2 dənə tikə qənd və 11 manat

24-08-2026, 09:09           
Bulvarda "Mirvari kafesində çay... 1 çaynik çay.. 2 dənə tikə qənd və 11 manat
Bulvarda "Mirvari"nin yanında oturduq. Deyirəm gəl bir sadə çay içək, dəniz havası alaq, maksimum 5 manatlıq bir şey olar da...
Ofisiant qaqaş yaxınlaşdı: — Mürəbbəli, yoxsa şokoladlı? — Yox, qardaşım, sadə çay olsun (içimdə də sevinirəm ki, ağıllı tərpənib büdcəyə qənaət elədik).
Çayı içib qurtardıq, "hesabı gətir" dedik. İçimdə 5 manatı hazırlayıram... Nə az, nə çox, düz 11 MANAT!
Görünür, çaynikin yanında gətirdikləri o 2 dənə tikə qəndin hər birini hərracdan alıb hesaba vurublar. Sadə çaya 11 manat verdımsə, mürəbbəli istəsəydim yəqin pasportumu girov götürərdilər.

Bulvarda çay içmək: 5% çay, 95% "dəniz manzarası vergisi".
Sizdə vəziyyət necədir, son vaxtlar bulvarda rekordu təzələyən olub?
Gundem Xeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]