Trampdan İrana ultimatum –"Ya razılaşma, ya da tam təslim!"

4-08-2026, 08:38           
Trampdan İrana ultimatum –"Ya razılaşma, ya da tam təslim!"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlamasını yayıb.

Azpost.info xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı mesajda Tehran rəhbərliyini ikili siyasət yürütməkdə ittiham edib.

Tramp bildirib ki, İran rəsmiləri bir tərəfdən ABŞ-la danışıqlar aparmaq istədiklərini bildirir, digər tərəfdən isə ictimaiyyət qarşısında heç bir danışığın getmədiyini iddia edirlər.

“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlü davranır. Görüş istəyirlər, bəzilərinin dediyi kimi, hətta yalvarırlar. Danışıqlar başlayır, yaxın günlər üçün yeni görüşlər planlaşdırılır. Amma sonra açıq şəkildə bildirirlər ki, heç bir danışıq aparılmır və yalnız Omanla təmas saxlayırlar”, – deyə Tramp yazıb.

ABŞ Prezidenti həmçinin İranın Hörmüz boğazına nəzarət etdiyi barədə bəyanatlarını da tənqid edib.

Onun sözlərinə görə, Hörmüz boğazı artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin və Vaşinqtonun tətbiq etdiyi blokadanın tam nəzarəti altındadır. “İstədiyimiz halda İrana heç nə daxil ola bilməz və razılaşma əldə edilməyənə, yaxud tam təslim olana qədər heç nə keçməyəcək”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri qeyd edib ki, Vaşinqton İranın yaratdığı problemi diplomatik yolla həll etməyə çalışır. Sonda isə Tramp ən sərt mesajını verərək bildirib: “Bu, çox sadədir: İran heç vaxt nüvə silahına sahib olmayacaq.”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]