ABŞ-ın İrəvandakı səfiri: “Soyqırımı barədə konvensiya 1951-ci ildə qəbul edilib, geriyə qüvvəyə malik deyil”

27-04-2021, 06:18           
ABŞ-ın İrəvandakı səfiri:
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verib.

Oxu.Az xəbər verir ki, diplomat müsahibəsində bir çox məsələlərlə yanaşı, qondarma "erməni soyqırımı" və onun ABŞ tərəfindən tanınması məsələsinə də münasibət bildirib.

Hadisənin hüquqi nəticələri barədə sualı cavablandırarkən səfir qeyd edib ki, Soyqırımı Cinayətinin Qarşısının alınması və bu cinayətə görə cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib və onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir.

“Hüquqi nəticələrə gəldikdə, sözügedən hadisə 1915-ci ildə baş verib. Soyqırımı haqqında konvensiya isə 1951-ci ildə qəbul edilib və hüquqi baxımdan geriyə qüvvəyə malik deyil”, - deyə səfir bəyan edib.

Həmçinin L.Treysi Türkiyənin NATO daxilində ABŞ-ın əhəmiyyətli müttəfiqi olduğunu da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]