İran və Rusiya milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasına başlayırlar

29-10-2017, 10:46           
İran və Rusiya milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasına başlayırlar
İran və Rusiya öz milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasının ilkin mərhələsinə başlayırlar. Söhbət Rusiyanın “Mir” və İranın “Shetab” milli ödəmə sistemlərinin birləşdirilməsindən gedir.
“Report” “Praym” portalına istindən xəbər verir ki, inteqrasiyanın ilkin mərhələsi 3 aydan sonra başlayacaq. Ümumilikdə bu proses 10-12 ay çəkəcək.
“Biz qərara gəldik ki, ilkin mərhələdə “Shetab” milli ödəmə sisteminin kartlarının sahibi olan İran vətəndaşları və “Mir” kartlarının istifadəçisi olan Rusiya vətəndaşları, hər iki ölkənin bankomatlarından sərbəst istifadə edə bilsinlər”, - deyə İranın informasiya texnologiyaları korporasiyasının icraçı direktoru Səid Əbu Talib Nəcəfi qeyd edib.
Qeyd olunur ki, İran eyni zamanda Rusiyanın “BPM Bank Texnologiyaları” şirkəti ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ödəmə sistemlərinə giriş əldə etmək üçün infrastruktur yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]