Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi

29-08-2026, 09:37           
Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb.

Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxsi dəstəyə, eləcə də müdafiə innovasiyaları üzrə müşavir vəzifəsini təklif etdiyinə görə təşəkkür edib.

O, yeni vəzifəsində İtaliyada müasir müharibə texnologiyalarının inkişafına və müdafiə sahəsinin təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.

Məlumatı Ukraynanın "Obşestvennoye" nəşri də Fedorovun mətbuat xidmətinə istinadən təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]