Rusiya İstintaq Komitəsinin rəhbəri işə qarışdı - 12 yaşlı uşağın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı
29-08-2026, 10:44
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Baprıkin Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində 12 yaşlı məktəblinin amansızlıqla qətlə yetirilməsi işini xüsusi nəzarətə götürərək istintaqın gedişatı ilə bağlı təcili məruzə tələb edib.
32gun.az yazır ki, avqustun 26-da itkin düşən uşağın cəsədi könüllülər tərəfindən tərk edilmiş binalardan birində tapılıb. Məktəblinin bədənində, xüsusən qarın və boyun nahiyələrində ağır xəsarətlər aşkarlanıb.
Hadisə ilə bağlı çox keçmədən 15 və 17 yaşlı iki yeniyetmə qız saxlanılıb. Məlumata görə, qızlar azyaşlını "böyüklər kimi vaxt keçirmək" adı ilə aldadaraq həmin tərk edilmiş binaya aparıblar. Qətlin ilkin motivi kimi yeniyetmələrin sadəcə insan həyatının necə sonlandığını öz gözləri ilə görmək istəmələri göstərilir.