"Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək

27-08-2026, 15:48           
"Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək
"Facebook" və "Instagram"ın sahibi olan "Meta" sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı ABŞ ştatları tərəfindən qaldırılan məhkəmə işi üzrə 16,68 milyard dollara qədər ödəniş etməyə razılaşıb.

Bu barədə BILD nəşri xəbər verir.

Məhkəmə sənədlərinə əsasən, hazırkı prosesdə Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatları iştirak ediblər. Lakin 2023-cü ildə ümumilikdə 29 ABŞ ştatı "Meta"ya qarşı iddia qaldırmışdı.

Ştatlar "Meta"nı "Facebook" və "Instagram" platformalarını uşaqların və yeniyetmələrin onlardan mümkün qədər uzun müddət istifadə etməsinə hesablanmış şəkildə dizayn etməkdə ittiham ediblər.

Bundan əlavə, ABŞ hakimiyyət orqanları şirkətin 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarını valideynlərinin razılığı olmadan topladığını iddia ediblər.

Razılaşma sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi ilə bağlı ölkədəki ən böyük məhkəmə proseslərindən birinə son qoyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]