Macarıstanın baş naziri AES-dəki problem barədə danışdı

23-08-2026, 12:04           
Macarıstanın baş naziri AES-dəki problem barədə danışdı
Macarıstan hökuməti Pakş şəhərindəki Atom Elektrik Stansiyasının (AES) avqustun 26-da, planlaşdırılan müddətdən bir-iki gün əvvəl tam gücü ilə fəaliyyətini bərpa edəcəyini gözləyir.

Bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. O, Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən daha əvvəl dayandırılmış 3 saylı enerji blokunun işə salınmasında iştirak edib.

"Pakş" AES-in 3 saylı enerji blokuna daxil olan 6 saylı turbinin yenidən şəbəkəyə qoşulmasına başlanılıb. Stansiyanın çərşənbə gününə qədər tam gücə çatacağı gözlənilir", - hökumət başçısı Pakşdan "Facebook"da canlı yayım zamanı bildirib.

Madyarın sözlərinə görə, turbinin tam gücü ilə işə qoşulması prosesi 49 saat davam edir və hazırda proses yekun mərhələyə çatıb. Mütəxəssislər son üç saatlıq mərhələni turbinin "sürətləndirilməsi" adlandırırlar.

Son həftələrdə stansiyanın səkkiz turbinindən yalnız ikisi işləyib və təxminən 500 meqavat elektrik enerjisi istehsal olunub. Üçüncü turbinin işə salınması AES yaxınlığında Dunay çayında suyun səviyyəsinin yüksəldilməsi və çayın dibində xüsusi maneənin inşa edilməsi sayəsində mümkün olub.

Avropada anomal istilər və quraqlıq nəticəsində Dunayda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən "Pakş" AES-in dörd enerji blokundan üçü dayandırılmışdı. Əvvəllər Madyar stansiyanın avqustun 27-28-də tam gücü ilə fəaliyyət göstərəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]