PKK İsrailə qarşı savaşmaq əzmindədir

18-08-2026, 12:47           
PKK İsrailə qarşı savaşmaq əzmindədir
PKK-nın Suriya qanadı YPG/PYD-nin Eynəl-ərəb (Kobani) bölgəsi üzrə komandiri Mahmud Berxudan lazım gələrsə vətəni naminə İsraillə savaşmağa hazır olduğunu bildirdi:
“Fələstində, Qəzzada və Livanda baş verənlərin şahidi oluruq. İsrailin dini, siyasi və hərbi məqsədləri kürdlər üçün də böyük təhlükə yaradır. Buna görə də Prezident Ərdoğan və MHP lideri Baxçalının başlatdığı "Terrorsuz bölgə" prosesini mənalı hesab edirik. Yaxın bir neçə gün ərzində biz də Suriya ordusunun əsgərlərinə çevriləcəyik. İsrail işğalı və təhdidi Colan-Kuneytra-Dəra xətti boyunca davam edir. Əgər Dəməşq bizə həmin xətt üzrə tapşırıq verərsə, məmnuniyyətlə gedib orada yerləşəcəyik. Müharibə başlasa, vətənimiz uğrunda vuruşmaqdan çəkinməyəcəyik. Bunu bütün səmimiyyətimlə deyim, mən hazırda evdə oturmaqdansa, həmin bölgədə olmağı üstün tutardım”.
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]