Yaponiyada şiddətli yağışlar: Ölənlər var - VİDEO

14-08-2026, 09:47           
Yaponiyada şiddətli yağışlar: Ölənlər var - VİDEO
Yaponiyanın mərkəzi hissəsində davam edən şiddətli leysan yağışlarının fəsadları nəticəsində ən azı beş nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə təbii fəlakətdən ən çox zərər çəkən Tiba prefekturasının rəsmiləri məlumat yayıblar.

Bundan əlavə, ən azı bir nəfərin itkin düşdüyü qeyd olunur.

Ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına əsasən, cümə günü səhər saatlarına qədər Tiba və qonşu İbaraki prefekturalarının müxtəlif bölgələrindən olan 120 min sakin üçün təxliyə əmri qüvvədə qalmaqdadır.

Güclü yağışlar dəmir yolu hərəkətində, eləcə də Narita beynəlxalq hava limanını paytaxtla birləşdirən xətlərdə fasilələrə səbəb olub. Bununla əlaqədar olaraq, hava limanında 7 min insan qalır.

Yaponiyanın mərkəzi hissəsinin bəzi rayonlarında sutkalıq yağıntının miqdarı 360 mm-dən çox olub. Elektrik verilişi xətlərinin qırılması səbəbindən Tiba prefekturasında ən azı 25 min ev işıqsız qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]