ABŞ ilk çoxmillətli zərbə dronları qrupunu yaradacaq

14-08-2026, 09:08           
ABŞ ilk çoxmillətli zərbə dronları qrupunu yaradacaq
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tarixində ilk dəfə çoxmillətli zərbə pilotsuz uçuş aparatları qrupu – “Task Force Falcon Strike” yaradacaq.

Bu barədə “CENTCOM” məlumat yayıb.

Bildirilib ki, yeni bölmə havada, suda və sualtında fəaliyyət göstərən birdəfəlik istifadə olunan zərbə dron sistemlərindən yararlanacaq. Qrupa ABŞ hərbçiləri ilə yanaşı, Yaxın Şərqdə Vaşinqtonun tərəfdaşı olan ölkələrin nümayəndələri də daxil olacaq.

CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, yeni qrup doqquz ay əvvəl yaradılmış “Scorpion Strike” bölməsinin inkişafı olacaq. Bu, Yaxın Şərqdə zərbə dronları üzrə ixtisaslaşmış ilk eskadrilyadır.

Onun sözlərinə görə, ABŞ artıq regiondakı tərəfdaşlarla məsləhətləşmələrə başlayıb və yeni ölkələr qrupa qoşulduqca onun imkanları genişlənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]