32 ölkədən İrana çağırış: Edamlara son qoyun

13-08-2026, 12:44           
32 ölkədən İrana çağırış: Edamlara son qoyun
30-dan çox ölkə İranda etirazçıların edam edilməsini və ölüm hökmünün tətbiqini pisləyərək Tehranı bu praktikaya son qoymağa çağırıb.

Gununsesi.info xəbər verir ki, “Agence France-Presse”in məlumatına görə, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Almaniya və digər ölkələrin qoşulduğu birgə bəyanatda İranın etirazçıları susdurmaq məqsədilə ölüm hökmündən istifadə etdiyi bildirilib.

Bəyanata Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da qoşulub.

Ölkələr İran hakimiyyətini ölüm hökmünün tətbiqinə dərhal son qoymağa və özbaşına saxlanılan şəxsləri azad etməyə çağırıblar.

Bəyanatda insanların ifadə və dinc toplaşmaq azadlıqlarından qorxmadan istifadə edə bilməli olduğu vurğulanıb.

Fransa Xarici İşlər Nazirliyinin AFP-yə verdiyi məlumata görə, bəyanata əvvəlcə 26 ölkə və Kallas qoşulub. Daha sonra digər dövlətlərin də imza atması ilə iştirakçıların sayı 32-yə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]