İki qarpız Avstraliyada siyasi qalmaqal yaratdı: Baş nazir üzr istəmədi

12-08-2026, 11:18           
İki qarpız Avstraliyada siyasi qalmaqal yaratdı:
Avstraliyanın Baş naziri Entoni Albanese Yaponiyanın Baş naziri Sanae Takaiçiyə münasibətdə qarpızlarla bağlı etdiyi və müxalifət tərəfindən seksist hesab olunan zarafata görə üzr istəməkdən imtina edib.

Bu barədə "The Guardian" məlumat yayıb.

Albanese əvvəlki açıqlamaları ilə bağlı hər hansı şərh verməyib. Lakin avqustun 11-də müxalifətdəki Liberal Partiyanın deputatı Meri Olred onun ifadəsini "ədəbsiz" adlandırıb və Baş nazirin üzr istəyib-istəməyəcəyini soruşub.

"Mən sualda irəli sürülən fikri rədd edirəm", - deyə Albanese cavab verib.

Baş nazir, həmçinin bildirib ki, onun rəhbərliyi dövründə Avstraliya ilə Yaponiya arasında strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib.

Albanese iyul ayında "Bush Deep" podkastında Takaiçinin ona hədiyyə etdiyi iki qarpızdan danışıb. Avstraliyanın Baş naziri əllərini sinəsi qarşısında tutaraq jest edib və "O, adət olduğu kimi, iki dənə gətirmişdi", - deyib. Verilişin aparıcısı Nikki Osborn isə zarafatla "O, Pamela Anderson kimi görünürdü", - ifadəsini işlədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]