ABŞ İranın dəniz blokadası fonunda 45 gəminin istiqamətini dəyişdi

5-08-2026, 07:44           
ABŞ İranın dəniz blokadası fonunda 45 gəminin istiqamətini dəyişdi
Amerika hərbçiləri İranın dəniz limanlarının blokadası bərpa olunduqdan sonra 45 ticarət gəmisini başqa marşruta yönləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un “X” platformasında yaydığı açıqlamada bildirilib ki, avqustun 4-dək 45 kommersiya gəmisi yönləndirilib, 2 gəmi sıradan çıxarılıb, daha 2 gəmidə isə eniş həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl CENTCOM Yaxın Şərqdə 20-dən çox ABŞ gəmisinin fəaliyyət göstərdiyini açıqlamışdı. ABŞ iyulun 14-də İranın dəniz blokadasını yenidən tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]