Unudulmuş məkanda sənət xəzinəsi: Böyük Britaniyada XVII əsrin məşhur rəssamının əsəri tapıldı

25-06-2025, 07:39           
Unudulmuş məkanda sənət xəzinəsi: Böyük Britaniyada XVII əsrin məşhur rəssamının əsəri tapıldı
Böyük Britaniyada köhnə dəri emalatxanasının divarında XVII əsrin məşhur Niderland rəssamına məxsus rəsm əsəri tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Chard and Ilminster News" nəşri məlumat yayıb.

Gözlənilməz tapıntı Somerset qraflığında hərrac əməkdaşı Con Sneyp tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, o, bir ailənin mülkünü yoxlayarkən bu kəşfi edib. Ərazidəki tikililərdən biri əvvəlcə dəri emalatxanası olub, sonralar isə uzun illər ərzində həm emalatxana, həm də anbar kimi istifadə edilib. Məhz həmin məkanda Sneyp divara söykənmiş və üzərində qabyuyan qadının təsvir olunduğu köhnə kətan rəsm əsərini görüb.

O dərhal bunun bir Niderland rəssamına aid olduğunu anlayıb. Tezliklə müəyyən edilib ki, əsər XVII əsrdə yaşamış rəssam Villem van Odekerkenə məxsusdur. O, gündəlik məişət həyatını əks etdirən səhnələri və natürmortları ilə tanınıb.

Mülkün sahibləri rəsmi hərraca çıxarmaq qərarına gəliblər. Onlar əsərdən altı min funt-sterlinqə (təxminən 14 min manat) qədər gəlir əldə etməyi ümid edirlər. Hərrac iyulun 3-də baş tutacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]