Yaponiyada güclü zəlzələ oldu

21-03-2024, 08:47           
Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın şərqində, Tokio yaxınlığında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Totiqi prefekturasında olub, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İbaraki, Saytama, Tiba və Tokio prefekturalarında hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]