"İsrail bütün diqqətini Qəzza zolağı ətrafında əməliyyatlara yönəldib və Livanla sərhəddə gərginliyin artmasında maraqlı deyil.
Lakin ordusu istənilən ssenariyə hazırdır". 32gun.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
"Biz cənub bölgəsində Fələstinin radikal təşkilatı HƏMAS-a qarşı müharibə aparırıq. Biz şimalda baş verəcək hər hansı inkişafa hazırıq. Buna baxmayaraq eyni zamanda müharibənin genişləndirilməsində maraqlı deyilik. Əgər bu baş verərsə, biz nə edəcəyimizi biləcəyik, qoşunlarımız, Hərbi Hava Qüvvələri də hazırdır”, - o, mətbuat konfransında deyib.