Moskvada səfərdə olan HƏMAS nümayəndələri Putinlə GÖRÜŞƏCƏK? - Peskovdan açıqladı

27-10-2023, 00:07           
Moskvada səfərdə olan HƏMAS nümayəndələri Putinlə GÖRÜŞƏCƏK? -
"Moskvaya səfər edən Həmas nümayəndələri ilə təmaslar Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir".

Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Jurnalistlərə açıqlamasənda deyib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin onlarla görüş keçirməyi planlaşdırmır.

Xatırladaq ki, bir az əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Moskvada səfərdə olduğunu bildirmişdi.

Həmas nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Rusiya tərəfi, xüsusən də hərəkat nümayəndələri ilə görüşdə girovların azad edilməsi və Qəzza zolağından rusların təxliyəsi məsələlərini müzakirə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]