Çinin müdafiə nazirinin istefasının səbəbi açıqlandı – Rüsvay olub...
25-10-2023, 00:06

Çinin müdafiə naziri general Li Şanfu tutduğu vəzifədən və Dövlət Şurasının üzvlüyündən uzaqlaşdırılıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə çərşənbə axşamı Çin mediası Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinə istinadən yayıb.
İstefanın səbəbləri barədə məlumat verilmir. Yeni nazirin kim olacağı da deyilmir.
Li Şanfu avqustun sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb. Bundan bir qədər əvvəl o, Rusiya və Belarusda olub. Qərb mediası diplomatik mənbələrə istinadən yazıb ki, nazir rüsvay olub və vəzifəsindən uzaqlaşdırılıb. Onun korrupsiya ittihamı ilə istintaqa cəlb olunduğu bildirilib. Rəsmi Pekin bunu nə təsdiq, nə də təkzib edib.
“South China Morning Post”qəzeti yazır ki, Li Çin hökumətinin oxşar şəraitdə işdən çıxarılan ikinci yüksək vəzifəli üzvü olub. Bundan əvvəl xarici işlər naziri Qin Gangın istefası elan edilmişdi. Nazir vəzifəsindən uzaqlaşdırılmazdan bir ay əvvl ictimaiyyət qarşısına çıxmırdı. Onun yerini Kommunist Partiyasının yüksək vəzifəli xadimi Vanq Yi tutub. Çərşənbə axşamı Çin mediası Qin Qanqın Li Şanqfu ilə birlikdə Dövlət Şurasının üzvü vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Əsas nazirlərin istefalarının Çinin xarici və müdafiə siyasətində hər hansı dəyişikliyə işarə edib-etməməsi aydın deyil. İndi hakimiyytin əsas gücü faktiki olaraq Çin prezidenti Si Cinpinin əlində cəmləşib.
Li Şanqfu ABŞ-ın sanksiya siyahısında idi ki, bu səviyyəli çinli məmur üçün nadir hal sayılır.

