Çinin müdafiə naziri işdən çıxarıldı

24-10-2023, 18:45           
Çinin müdafiə naziri işdən çıxarıldı
Çinin müdafiə naziri və dövlət müşaviri Li Şanfu vəzifəsindən kənarlaşdırılıb.

Adalet.az xəbər verir ki, bu barədə Çinin CCTV dövlət televiziyası açıqlayıb.

Məlumata görə, ölkənin əsas qanunvericiləri olan Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi də keçmiş xarici işlər naziri Qin Qanqın dövlət müşaviri vəzifəsindən kənarlaşdırılmasına səs verib.

Komitə Yin Hejunu Çinin elm və texnologiya naziri, Lan Foanı isə maliyyə naziri təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]