Bu ölkə qərar verdi: Fələstində səfirlik açacaq

20-10-2023, 13:35           
Bu ölkə qərar verdi:
Kolumbiya Prezidenti Qustavo Petro Boqotadakı İsrail və Fələstin səfirləri ilə görüşdükdən sonra Ramallahda səfirlik açacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Petro özünün "X" sosial media hesabındakı paylaşımında İsrailin Boqotadakı səfiri Qali Daqan və Fələstinin Boqota səfiri Raulf Almalk ilə çəkilmiş fotoşəkilləri paylaşıb. Səfirlərlə görüşündən sonra Ramallahda səfirlik açacağını bildirən Petro, "Mən iki müstəqil və azad dövlətə yol açacaq beynəlxalq sülh konfransının əldə edilməsi ilə bağlı mövqeyimi bildirdim.

Sülh içində yaşamalı və bu hüquqlara malik olan israilli və fələstinli uşaqlarla həmrəy olduğumu vurğuladım. Qəzzaya humanitar yardım aparan təyyarə göndərəcəyik. Kolumbiya Fələstinin Ramallah şəhərində səfirliyini açacaq" ifadələrini işlədib.

Oktyabrın 9-da "X" sosial media hesabında verdiyi açıqlamada Petro İsrailin HƏMAS-ın hücumuna cavab vermə formasını tənqid etmişdi. İsrailin hücumları nəticəsində həyatını itirən fələstinli uşaqların fotolarını paylaşan Kolumbiya Prezidenti "Fələstinli uşaqların rahat yatmasının yeganə yolu İsrail uşaqlarının rahat yatmasıdır. İsrail uşaqlarının rahat yatmasının yeganə yolu fələstinli uşaqların rahat yatmasıdır",- deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]