İsrail və ABŞ-ın səfirlikləri təxliyə ediliblər

19-10-2023, 09:34           
İsrail və ABŞ-ın səfirlikləri təxliyə ediliblər
Argentina mediası xəbər verir ki, çərşənbə günü Argentinadakı İsrail və ABŞ səfirliklərinin əməkdaşları bomba xəbərləri ilə əlaqədar təxliyə ediliblər.

Verilən məlumata görə, İsrail səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri elektron poçtla gələn məktuba əsasən təhlükə ilə bağlı polisə müraciət edib.

Hazırda diplomatik missiyanın binasında hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Bundan əlavə, səfirliyin qarşısındakı avtomobillərin hərəkəti bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]