Yoko Kamikava: “G7 rəsmiləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasının zəruriliyini təsdiqləyiblər”

18-10-2023, 13:06           
Yoko Kamikava: “G7 rəsmiləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasının zəruriliyini təsdiqləyiblər”
“Yeddilik” qrupunun (G7) xarici siyasət idarələrinin rəhbərləri telefon danışığı keçiriblər. Danışıq əsnasında onlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini müzakirə ediblər və Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün əməkdaşlığa ehtiyac olduğunu təsdiqləyiblər.

Bu barədə jurnalistlərə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava məlumat verib.

“G7 nazirləri HƏMAS təşkilatının terror hücumlarını qəti şəkildə tənqid edib və Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasının zəruriliyi ilə bağlı razılığa gəliblər”, - deyə Kamikava bildirib.
Söhbət zamanı o, G7 həmkarlarına Yaponiyanın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini açıqlayıb və Tokionun Qəzza zolağının sakinlərinə humanitar yardım üçün 10 milyon dollar ayırmaq qərarını bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]