ABŞ İsrail sahillərinə 4 min hərbçi göndərir

18-10-2023, 10:34           
ABŞ İsrail sahillərinə 4 min hərbçi göndərir
ABŞ İsrail sahillərinə üç gəmidə 4 min dəniz piyadası və dənizçidən ibarət amfibiya desant qrupu göndərib.

Bu barədə “The Washington Post” Pentaqondakı mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, adının açıqlanmasını istəməyən iki Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, 4 000-dən çox dənizçidən və dəniz piyadalarından ibarət “Bataan” amfibiya gəmisi İsrail sahillərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulacaq.

Vurğulanıb ki, İsraillə HƏMAS hərəkatı arasında qarşıdurmanın şiddətlənəcəyi təqdirdə ABŞ hərbçiləri gəmilərdə qalacaqlar.

Gəmilər, üzvləri bəzi xüsusi əməliyyatlar da daxil olmaqla, bir sıra missiyaları yerinə yetirmək üçün təlim keçmiş 26-cı Dəniz Ekspedisiyasını bölgəyə gətirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]