Gürcüstan prezidenti mitinqlərdə çadırları qadağan edən qanuna veto qoyub

18-10-2023, 08:03           
Gürcüstan prezidenti mitinqlərdə çadırları qadağan edən qanuna veto qoyub
Gürcüstan prezidenti Salome Zurabişvili etiraz aksiyaları zamanı çadırların quraşdırılmasını qadağan edən parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan dövlət başçısının administrasiyası məlumat yayıb.

Gürcüstan prezidenti qanunu növbəti anti-Avropa qanunu kimi qəbul edib.

Oktyabrın əvvəlində Gürcüstan parlamenti etiraz aksiyaları zamanı müvəqqəti tikililərin quraşdırılmasını qadağan edən qanunu sürətlə qəbul edib. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təşəbbüsünə əsasən, etirazçılar başqalarının təhlükəsizliyinə təhlükə törətdikdə, polis əməkdaşlarının ictimai asayişi qorumasına mane olduqda və ya təşkilatların fəaliyyətinə mane olduqda onlara müvəqqəti tikililər quraşdırmaq qadağandır.

Qanun layihəsinin müəlliflərinin qeyd etdiyi kimi, buna zərurət Gürcüstanın xüsusi xidmət orqanlarının ilin sonunda gözlənilən kütləvi iğtişaşlar barədə məlumatlara görə yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]