Stoltenberq: İsraildəki müharibə NATO-nun Ukraynaya kömək qabiliyyətini zəiflətməyəcək

14-10-2023, 10:44           
Stoltenberq: İsraildəki müharibə NATO-nun Ukraynaya kömək qabiliyyətini zəiflətməyəcək
Şimali Atlantika Alyansı İsrailin Həmas yaraqlıları ilə müharibəsinə baxmayaraq, Ukraynaya köməyə davam edəcək.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq DW-yə müsahibəsində deyib.

Baş katib xatırladıb ki, prezident Vladimir Zelenski Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatı) sonuncu iclasında iştirak edib.

“NATO ölkələri qəti şəkildə bildirdilər ki, biz İsrailə qarşı törədilən terror aktının vəhşiliyindən narahatıq. Lakin bu, bizim qabiliyyətimizə, hazırlığımıza və Ukraynanı dəstəkləməyə davam etmək əzmimizə xələl gətirməyəcək”.

Stoltenberq qeyd edib ki, Alyans bunu təkcə sözdə deyil, həm də əməldə təsdiqləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]