"Ukraynanın Rusiyaya hücumu legitimdir" - Britaniyanın silahlı qüvvələr naziri

26-04-2022, 15:57           
"Ukraynanın Rusiyaya hücumu legitimdir" - Britaniyanın silahlı qüvvələr naziri
"Ukraynanın Rusiyadakı obyektlərə hücumu tamamilə legitimdir".

Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Xippi “Times radio”ya müsahibəsində bildirib.

“Məsələ burasındadır ki, Ukrayna öz sərhədləri daxilində dinc yaşayan suveren dövlət idi. Başqa bir ölkə 130 minlik qoşunu ilə onun sərhədlərini pozmaq qərarına gəlib. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlamasının əsasını qoydu. Ukrayna rəqibin logistika xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına, dərinliyindəki obyektlərə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”, - o deyib.

Krallığın müdafiə naziri Ben Uolles isə vurğulayıb ki, Böyük Britaniya Ukraynanın Qərbin silahı ilə Rusiya ərazisinə hücumuna qarşı çıxmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]