ABŞ Qazaxıstandan Ukrayna üçün S-300 istəyib?

16-03-2022, 11:03           
ABŞ Qazaxıstandan Ukrayna üçün S-300 istəyib?
ABŞ Qazaxıstana S-300 zenit-raket komplekslərinin Ukraynaya mümkün tədarükü üçün müraciət etməyib.

Axar.az xəbər verir ki, bunu Qazaxıstananın müdafiə naziri Ruslan Jaksılıkov deyib.

“Heç vaxt belə bir müraciət olmayıb və ola da bilməz. Mən sizə zəmanət verirəm ki, bizə belə bir müraciət olmayıb və olması ehtimalı da azdır”, - Jaksılıkov bildirib.

Qeyd edək ki, dünən CNN telekanalı ABŞ Dövlət Departamentinin hansı ölkələrdə S-300 raketlərinin olduğunu müəyyən etməyə çalışdığı və komplekslərin Ukraynaya çatdırılmasının yollarını araşdırdığı ilə bağlı məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]