ABŞ Ukraynada uçuşa qadağa zonası tətbiq edib-etməyəcəyini açıqladı
16-03-2022, 09:15
ABŞ-ın NATO-dakı səfiri Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqinin nəzərdən keçirilmədiyini deyib. Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit onlayn brifinq zamanı bildirib. "Hazırda Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi müzakirə olunmur. Biz bu münaqişəni genişləndirmək istəmirik. Biz konteksti genişləndirmək istəmirik”- deyə o bildirib.