Avropada xüsusi kiberhücum qüvvələri yaradılacaq

7-03-2022, 10:53           
Avropada xüsusi kiberhücum qüvvələri yaradılacaq
Martın 10-11-də Fransanın Versal şəhərində keçiriləcək Aİ sammitinin iştirakçıları Avropa kiberhücum qüvvələrinin yaradılmasını müzakirə edəcəklər.

Bunu bazar günü “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

"Şəxsən mən Avropanın kiberhücum qüvvələrinin yaradılmasının tərəfdarıyam. Bu, Versalda keçiriləcək zirvə görüşü zamanı da müzakirə olunacaq”, - o, bildirib

Mişel həmçinin qeyd edib ki, indiyə qədər Aİ kibertəhlükəsizlik sahəsində nəhəng irəliləyiş əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]