Kraliyyət ailəsində növbəti qalmaqal – Kraliça nəvəsini MƏHKƏMƏYƏ VERDİ

22-08-2021, 22:02           
Kraliyyət ailəsində növbəti qalmaqal –
Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl ilə mübarizə aparmaq üçün bir qrup vəkil tutub.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, şahzadə Harri və onun həyat yoldaşı dəfələrlə kral ailəsinə qarşı çıxıblar.

Kraliça II Yelizavetanın sevgililəri – Onlar haqda az bilirlər – FOTOLAR


Qəzetin yazdığına görə, II Yelizaveta məhkəməyə getməyə hazırdır, lakin yaxınlarının səhvlərindən dərs çıxararaq münaqişəyə son qoyacağına ümid edir.

Qəzet mənbəyə istinadən belə yazır:

“Nə qədər dözəcəklər? Bir hədd var. Kraliça və ailəsinə onsuz da kənarda kifayət qədər hücumlar olur. Harri və Meqan təkrar hücumların qəbuledilməz olduğunu öyrənəcək və başa düşəcəklər”.

Eyni zamanda bildirilir ki, indi vəkillər böhtan mövzusunda mütəxəssislərlə məsləhətləşirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]