Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb

25-07-2021, 22:49           
Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb
RF lideri bildirib ki, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin zəmanətli müdafiəsi üçün lazımi hər şey var, RF istənilən düşməni tapıb ona zərbə vurmaq qabiliyyətinə malikdir. Bu sölərin müəllifi Rusiya prezidenti Vladimir Putindir.

İyulun 25-də Putin Sankt-Peterburqda Rusiya donanmasının yaradılmasının 325 illiyi şərəfinə Hərbi-dəniz paradında iştirak edib.

"Bu gün Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin, milli maraqlarımızın zəmanətli müdafiəsi üçün lazımi hər şey var. Biz istənilən sualtı, suüstü, hava düşmənini taparaq ona lazım gələrsə, sarsıdıcı zərbə endirmək qabiliyyətindəyik", - o bildirib.

Rusiya daima və uğurlu şəkildə yeni silah növlərini təkmilləşdirir, Putin əlavə edib.

"Rusiya qısa müddətdə aparıcı dəniz dövlətləri sırasında öz layiqli yerini tutdu, bu sahədə böyük inkişaf yolunu keçdi. İndiyədək dünyada analoqları olmayan ən yeni hipersəs yüksək dəqiqlikli silah sistemlərimiz daima və uğurla təkmilləşdirilir", - prezident deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

O əlavə edib ki, donanmada xidmət heç vaxt asan olmasa da, həmişə ən şərəfli və tələb olunan peşələrdən olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]