Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” arasında gərgin döyüşlər gedir

25-07-2021, 18:48           
Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” arasında gərgin döyüşlər gedir
Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” hərəkatı arasında gedən gərgin döyüşlər səngimək bilmir.

Son sutka ərzində ölkədə 175 yaraqlı zərərsizləşdirilib, 84 nəfər isə yaralanıb.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son 24 saat ərzində hökumət qüvvələri tərəfindən Loqar, Qəzni, Qəndahar, Bəlx, Baqlan, Qunduz, Bədəxşan, Samanqan vilayətlərində hərbi əməliyyatlar keçirilib.

Həmçinin, “Taliban” silahlılarının yollarda quraşdırdıqları çox sayda partlayıcı maddə Müdafiə Nazirliyinin xüsusi briqadaları tərəfindən zərərsizləşdirilərək, insan tələfatının qarşısı alınıb.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]