Afrikanın cənubunda rekord şaxta qeydə alındı

25-07-2021, 08:41           
Afrikanın cənubunda rekord şaxta qeydə alındı
Cənubi Afrika Respublikasının (CAR) qış fəsli olan mərkəzi hissəsində minimum isti hava qeydə alınıb.

Bu barədə yerli radio stansiyası SABC CAR-ın hava xidmətinə istinadla xəbər yayıb.

Sinoptiklərin bildirdiyinə görə, 24 iyul gecəsi ölkənin 19 bölgəsində ən az isti hava tarixi rekordu qırılıb.

Kimberley şəhərində və ətraf bölgələrdə şaxta mənfi 9,9 Selsi dərəcəyə çatıb. Bütün meteoroloji müşahidələr dövründə belə kəskin soyuq hava olmayıb. Yohannesburqda dünən gecə havanın temperaturu mənfi yeddi dərəcəyə düşüb.

Bundan əvvəl soyuq hava rekordu- 6,3 dərəcə, 19 iyul 1995-ci ildə Yohannesburqda qeydə alınıb.

Uzun illərdən bəri ilk dəfə Cənubi Afrikanın müxtəlif bölgələrinə qar yağıb. Uşaqlar və yeniyetmələr bu ərazilərdə qar yağışını ilk dəfə görüblər. Buzlanma səbəbindən çox sayda magistral yol bağlanıb.

İndiki şaxtalar Afrikanın cənubuna Antarktidadan gəlib. Soyuq havanın Cənubi Afrikada bir həftə də davam edəcəyi gözlənilir.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]