ABŞ-da Çin casusu həbs olundu

26-07-2020, 09:23           
ABŞ-da Çin casusu həbs olundu
ABŞ-da siyasi məsləhətçi işləyən Yan Vey Yeo Çin casusu olduğunu etiraf edib.

Axar.az xəbər verir ki, 39 yaşlı Sinqapur vətəndaşı Vaşiqntonda keçirilən federal məhkəmədə bu ittihamı qəbul edib.

Məlumata görə, Dikson Yeo adı ilə tanınan Yan Vey Yeo 2015-2019-cu illərdə bu işlə məşğul olub.

Bu dövrdə Yan Vey Yeo ABŞ-da hərbi-siyasi məlumatları toplayaraq Çinə ötürüb.

Qeyd edək ki, Sinqapur vətəndaşı törətdiyi əmələ görə 10 il həbs cəzası ala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]