Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapdılar - FOTO

25-07-2020, 10:06           
Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapdılar - FOTO
ABŞ və Koreya alimləri belə nəticəyə gəliblər ki, dəniz yosunlarının tərkibinə daxil olan Heparin yeni koronavirusun yaylmasının qarşısını alır.

Bu barədə “Report” “Cell Discovery” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Heparin ABŞ-da tətbiq edilən remdesivir - COVID-19-un əsas preparatından da güclüdür. Alimlərin nəşrdə dərc edilən tədqiqatlarının nəticələrində bildirilir ki, mütəxəssislər artıq Denge, Zika və A qripi viruslarını neytrallaşdırmağa çalışan yeni üsulu koronavirus üzərində də sınamağa qərar veriblər.

Məlum olub ki, yosunlarda olan Heparin virusla mübarizə aparmaqda ən yaxşı üsuldur.

Alimlər güman edirlər ki, yosunlardan hazırlanan maddələr burun spreyi antivirusun yaradılması üçün əsas ola bilər. Bu, erkən mərhələlərdə xəstəliyi müalicə etməyə və ya hətta yoluxmanın qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarlnda Çinin Uhan şəhərində yayılıb. Hazırda dünyada COVID-19-a yoluxanların sayı 15,9 milyona çatır. Pandemiya ərzində koronavirusdan 642 mindən çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]