Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

18-09-2026, 08:24           
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
PKK terror təşkilatının lideri Abdullah Öcalan Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsində çalışacaq.

TEREF xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum jurnalistlərə açıqlamasında deyib.

O, İmralıdakı həbsxanaya bağlı yaşayış yerinin əlavə bölmə kimi tikildiyini qeyd edərək, bunun Öcalanın prosesdəki rolunu yerinə yetirməsi üçün yaradılan imkan olduğunu qeyd edib.

Uçum bunun “O, azadlığa buraxıldı” kimi şərh edilməsinin doğru olmadığını bildirib:

“Bu, Öcalanla aparılan dialoq prosesidir. Məqsəd terror təşkilatının məhv edilməsini təmin etməkdir”./Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]