Ərdoğanın oğlundan “kürdlərin klubu”na ÇAĞIRIŞ - “Qalatasaray”ı məğlub edin VİDEO

15-09-2026, 18:00           
Ərdoğanın oğlundan “kürdlərin klubu”na ÇAĞIRIŞ - “Qalatasaray”ı məğlub edin  VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Diyarbakırda səfərdə olub.

SAVASHMEDİA.az xəbər verir ki, B.Ərdoğan səfəri çərçivəsində “Amedspor” azarkeşləri ilə söhbət edib.

Bu zaman azarkeşlə B. Ərdoğan arasında maraqlı dialoq baş tutub:

- Bilal Erdoğan: 5-0 nədir? Bir az insaflı olun. Onda söz verin, “Qalatasaray”ı da məğlub edin.

- Azarkeş: “Qalatasaray”ı da məğlub edəcəyik, “Beşiktaş”ı da.

- Bilal Ərdoğan: “Qalatasaray” daha önəmlidir.

“Amedspor” həftəsonu keçirilən matçda “Başakşehir”i 5-0 hesabı ilə məğlub edib. Bilal Ərdoğan 5-0 deyərkən bu matçı nəzərdə tutub.

Qeyd edək ki, "Amedspor" özünü "kürdlərin klubu" adlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]