Səba dövlətinin(Yəmən) hökmdarı Belqis(Bilqeyis).

15-09-2026, 17:24           
Səba dövlətinin(Yəmən) hökmdarı Belqis(Bilqeyis).
16-cı əsr Səfəvi miniatürü
Görünür, Səfəvi rəssamları qədim Yəməni rifah və səadət ölkəsi kimi təsəvvür edirmişlər.
Sivilizasiyanın yarandığı ilk regionlardan olan Yəmən qədim dünyanın mədəni,siyasi və iqtisadi mərkəzlərindən biri olmuşdur.Eramızdan əvvəl 2-ci munillikdən Yəmən ərazisində dövlətlər yaranıb.
Onlardan- Səba dövlətinin qadın hökmdarı Belqisin şöhrəti o qədər böyük olmuşdur ki, onun haqqında rəvayətlər hətta,Tövrat və Quranda da (Ən-Nəml surəsi 22-44-cü ayələr) əksini tapıb.Sonrakı əsrlərdə Yəmən ərazisində çoxtanrılı-bütpərəst, yəhudi və xristian dövlətləri mövcud olub. Eramızın 7-ci əsrində, hələ Məhəmməd (s.a.s.) peyğəmbərin sağlığında Yəməndəki Sasani satraplığı islamı qəbul edərək tarixdə Mədinə dövlətindən sonra ilk müsəlman dövləti olmuşdur.İslam qəbul olunduqdan sonra, təbii ki, digər dinlərin mənsubları getdikcə azalmağa başlamış, 1949-50-ci illərdə yəmənlilər Fələstin məsələsinə görə yəhudiləri kütləvi şəkildə ölkədən çıxardıqdan sonra Yəmən tam təkdinli ölkəyə çevrilib.Mətbuatda gedən xəbərlərə görə,hazırda Yəməndə yalnız bir yəhudi vardır ki, o da Tövratın nüsxəsini ölkədən çıxarmağa cəhd etdiyi üçün həbsxanadadır.
Hazırda 43 milyon olan Yəmən əhalisinin 100 faizi -əlhəmdülillah- müsəlmanlardır ki, onların da təxminən üçdə ikisi sünnü,üçdə biri isə şiə-zeydilərdir. Yəmən əhalisinin təxminən 93 faizi ərəbdir və təbii ki, bütün əhali eyni dildə-ərəbcə danışır. Yerdə qalan 7 faiz isə mənşəcə Afrikadan, Pakistandan, Hindistandan, Malayziyadan olan, ərəb dilli müsəlmanlardır.Yəmənlilər öz dini təəssübkeşlikləri və qatı dindarlıqları ilə digər ərəblərin içində belə seçilirlər.Bununla yanaşı,20-əsrin 70-ci illərində yəmənlilər təhsilli əhalinin xüsusi çəkisinə görə ərəblərin içində ən yüksək göstəricilərə malik idilər, 1972-ci ildə isə Cənubi Yəməndə hətta pərəncəni qadağan da etmişdilər.
Çox zəngin iqtisadi imkanlarına ( kofe,ətriyyat,neft,dəniz nəqliyyat marşrutları və s.) baxmayaraq Yəmən ən azı 200 ildir ki, dünyanın ən kasıb regionlarındandır.Yəməndə tayfalar,qəbilələr,siyasi qüvvələr arasında davamlı şəkildə mövcud olan toqquşmalar, dövlət çevrilişləri, vətəndaş müharibələri bu səfaləti daha da dərinləşdirir.Yəmənlilər, qarşıdurmalar, müharibələrlə zəngin olan Yaxın və Orta Şərq regionunda belə öz koloritləri ilə seçilirlər.Məsələn, 23 iyun 1978-ci ildə Cənubi Yəmənin (YXDR) prezidenti Salim Rubeyya Əli, Şimali Yəmənin(YƏR) prezidenti əl-Haşimiyə zəng edərək onun nümayəndəsini təcili qəbul etməyi xahiş edir.Qəbul zamanl Salim Əlinin elçisi portfelindəki bombanı partladaraq özünü də, əl-Haşimini də öldürür.
Və ya 19.01.1986-da prezident Əli Nasir Məhəmməd bir-sıra partiya və hökumət rəhbərlərini görüşə dəvət edir,amma özü görüş salonuna gəlmir.Əvəzində Əli Məhəmmədin iki cangüdəni salona daxil olaraq avtomatlardan qonaqlara atəş açıb onları güllə-baran edirlər.Və bu cür maraqlı hadisələr Yəmənin müasir tarixində çoxdur,yəgin elə orta əsrlərdə də az olmayıb.
2011-ci ildən qızışan bu son vətəndaş müharibəsi zamanında da Yəməndə siyasi qruplaşmalar çox maraqlı ittifaqlar qurdular,sonra öz düşmənləri ilə birləşib müttəfiqləri ilə vuruşdular,sonra yenidən ittifaqlar qurdular və s.və i.a... Və bu müharibədə hərbi əməliyyatlar, xəstəlik, aclıq səbəbindən yüzminlərlə yəmənli həlak oldu və olmaqdadır.
Bütün bunlarla bərabər qeyd edək ki,bütövlükdə Yəmən cəmiyyəti, o cümlədən Yəmənin ƏnsarAllah-husilər, əl-İhlas-Müsəlman Qardaşları, AQAT-ərəb Əl-Qaidəsi və s. daxil olmaqla irili-xırdalı bütün siyasi təşkilatları kəskin antiQərb, antiİsrail əhval-ruhiyyəsindədirlər.Bir-birlərini də Qərbin - xüsusilə də ABŞ-ın və İsrailin maraqlarına xidmət etməkdə günahlandırır,özlərini isə birmənalı olarıq əsl İslamın tərəfdarları elan edirlər.
İndi isə sual: Müasir Yəmən bu şəkildəki Yəmənə oxşayırmı?
Əhalisi 100 faiz müsəlman olan, hamısı eyni dildə danışan,faktiki olaraq bir-biriləri ilə qardaş olan Yəmənlilər bir-birlərini niyə qırırlar?
Və hüzur və səadət dini olan əsl İslam bu işin harasındadır?
Shamsur Kerimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]