Seçil Erzan məhkəmədə: “Arda Turanın 1 qəpik alacağı varsa, mənə 1000 il cəza verin”

12-09-2026, 12:34           
Seçil Erzan məhkəmədə:
Tanınmış futbolçuların da aralarında olduğu 30-dan çox şəxsi yüksək faiz vədi ilə milyonlarla lirə aldatdığı iddiası ilə 102 il 4 ay həbs cəzasına məhkum edilən Seçil Erzan yenidən hakim qarşısına çıxıb.
İstanbul Regional Ədliyyə Məhkəməsinin qərarından sonra işi yenidən araşdırılan Erzan məhkəmədə ədalətli mühakimə olunmadığını bildirib. O, Arda Turanın ona borc verdiyi pulu 15 gün ərzində geri verdiyini iddia edib.

“Arda Turanın 1 qəpik alacağı varsa, mənə 1000 il cəza verin. Mən bir sistem qurmadım. Heç kimin iradəsini pozmaq niyyətim olmayıb”, - deyə Erzan bildirib.

Erzan həmçinin borcları ödəmək üçün ailəsinin bütün əmlakını satdığını və hazırda heç nəyinin qalmadığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]