Səfəvilərin Təbriz qətliamları (II HİSSƏ)

12-09-2026, 00:02           
Səfəvilərin Təbriz qətliamları (II HİSSƏ)
Professor Tufan Gündüzün hazırladığı bu kitabda Səfəvilərlə bağlı məlumat verən üç venesiyalı səyyahın səyahətnamələri ayrı-ayrılıqda tərcümə edilib. Həmin səyahətnamələr vaxtilə "Səfərnameha-yi Veniziyan der Iran" adı ilə fars dilinə tərcümə olunmuşdu. Tufan Gündüz farsca olan üç səyahətnaməni türk dilinə təcümə etmiş və ingilis dilindən tərcümələri ilə qarşılaşdıraraq daha obyektiv nəticəyə çatmağı hədəfləmişdir.
Səyahətnamələr aşağıdakılardır:
1. Mario Covanni Ancielelonun "History Turchesca" adlı səyahətnaməsinin 1490 və 1559-cu illərdə italyan dilində nəşr edilmiş bölümləri. Tufan Gündüzün gəldiyi ehtimala görə, Mario Covanni 1483-cü ildə Venesiyaya qayıtmış, lakin 1499-1515-ci illərdə Səfəvi dövlətində ticarət etmiş, yaxud Venesiya səfiri kimi işləmişdir. Lakin bu barədə qaynaqlarda heç bir məlumat yoxdur. Sadəcə müəllif əsərində həmin dövrün hadisələrinə yer verdiyi üçün tarixçilər belə bir ehtimal irəli sürürlər.
2. Anonim Vensesiyalı tacirin yazdığı səyahətnamə. Bütün tarixçilər Mario Covanni Ancielelonun məhz bu anonim mənbədən faydalanması barədə həmfikirdirlər. Lakin adı gedən anonim venesiyalı tacir Şah İsmayılla görüşsə də, 1510-cu illərdə Səfəvi ölkəsinə səfər edib və qızılbaşların Təbrizi ələ keçirməsini müxtəlif şəxslərdən eşidib qələmə alıb.
3. Vinçenso Deqli Alessandirinin səyahətnaməsi isə Venesiya konsuluna məruzə etdiyi raportdan ibarətdir. Bu şəxs 1560-1570-ci illlərdə İstanbulda səfir olmuş və 1570-ci ildə Səfəvi dövlətinə gəlmişdir. Çox güman ki, Səfəvi dövlətinə gəlmə məqsədi Qızılbaşlarla Venesiya arasında Osmanlıya qarşı ittifaq təşkil etmək idi. Onun Venesiya konsuluna göndərdiyi raport şah Təhmasib dövrünü əhatə edir.
Елбрус Вахидов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]