Tiflisdə azərbaycanlı şagirdi təhqir etmiş müəllim işdən çıxarılıb

24-10-2017, 12:48           
Tiflisdə azərbaycanlı şagirdi təhqir etmiş müəllim işdən çıxarılıb
Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.

Məktəb direktorunun qərarını qanunsuz hesab edən bəzi müəllimlər də D. Kezuanın müdafiəsinə qalxıblar. Onlar D. Kezuanın işə bərpa olunmasını tələb ediblər.

Gürcüstanın Təhsil və Elm Nazirliyinin bu gün dərs prosesinin sonunda məktəb direktoru Mariam Tavartkiladze ilə bağlı qərarı açıqlayacağı gözlənilir. Nazirliyin Audit idarəsi M. Tavartkiladzenin fəaliyyətini araşdırıb. Yayılmış məlumata əsasən məktəb direktoru vəzifədən getmək barədə qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]