Elektron xidmətlər artırıldı - Ovçuluq bileti də onlayn veriləcək

24-10-2017, 09:12           
Elektron xidmətlər artırıldı - Ovçuluq bileti də onlayn veriləcək
Azərbaycanda elektron xidmət növlərinin siyahısında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarında məqsəd Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etməkdir.

Yeni qərarla “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda bəndlər əlavə edilir:

- Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması;
- Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi;
- Məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi;
- İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması;
- İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi;
- Əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması;
- Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi;
- Ovçuluq biletinin verilməsi;
- Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi;
- Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]