"Mən özümə hörmət etdiyim üçün AzTV-nin qapılarını onların üzünə çırpıb getmişəm"

24-10-2017, 08:31           
"Mən özümə hörmət etdiyim üçün AzTV-nin qapılarını onların üzünə çırpıb getmişəm"
"Amma mən TV - dən gedəkən indiki bəzi anti alışanovçuların nədənsə o zaman səsi çıxmamışdı"


Moderator.az xəbər verir ki, bir vaxtların tanınmış teleaparıcısı Esmira Çərkəzqızı bir neçə gün öncə mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə onu qınayanlara atmacalı cavab verib:

"Bir çox keçmiş və hazırkı AzTV - çi həmkarlarım məni müsahibəmdə Alışanovu tənqid etməməkdə qınayır. Əzizlərim, kimisə tənqid etməməyim o adama qarşı simpatiyamdan xəbər vermir. Yanlış anlamayın. Sadəcə mən olanı demişəm, məni TV - dən kimsə çıxarmayıb, mən AzTV - nin qapılarını onların üzünə çırpıb getmişəm, özümə hörmət etdiyim üçün. Amma mən TV - dən gedəkən indiki bəzi anti alışanovçuların nədənsə o zaman səsi çıxmamışdı. Dürüst olun!"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]