Əkrəm Həsənov:“Bu bankda böyük məbləğdə pulu olanlara deyirlər ki, puldan imtina et”

20-10-2017, 23:15           

"Ləğv prosesində olan “Bank Standard” QSC-nin müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sədr müavini Orxan Xubanov Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) müşavir vəzifəsinə təyin edilib. Bu, qeyri-adi haldır”.

“Report” xəbər verir ki, bunu “Bank Standard”ın Kreditor Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Bundan başqa, o qeyd edib ki, Bankın ləğv prosesində kreditorlar və debitorlara münasibətdə qeyri-qanuni addımlar atılır: “Məndə olan məlumata görə, böyük məbləğdə pulu olan əmanətçiləri çağırıb deyirlər ki, səndə bu qədər pul hardandır, ondan imtina et. Həmçinin banka borcu olan şəxslərlə separat danışıqlara gedilir. Onların bəzilərindən ancaq əsas borcu ödəmək tələb olunur. Məsələn, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov bəyan edib ki, “Bank Standard”a 70 mln. manat borcu var. Halbuki, bu, onun əsas borcudur. İş adamından faizlər, cərimələr tələb olunmur. ADIF ləğvedici kimi bunlara aydınlıq gətirməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]