Bakı qəbiristanlığında İslamdan xəbəri olmayan molla – Onu başa salan şəxs də özünü biabır etdi – VİDEO

14-10-2017, 20:01           

Binəqədi qəbiristanlığında çəkilən görüntü marağa səbəb olub.
Turkustan.info xəbər verir ki, “facebook” istifadəçilərindən biri şəxsi hesabında Binəqədi qəbiristanlığında mollalıq edən şəxsin videosunu paylaşaraq qeyd edib ki, videoda göstərilən şəxs qurandakı surələrin sayını bilmir.
“Qurandakı surələrin sayını bilməyən molla. İslamdan və Qurandan bixəbər mollanı dostum ifşa edir. Binəqədi qəbiristanlığında çəkilib. Paylaş, cəhaləti ifşa edək”.
Ancaq videoda diqqətçəkən daha bir məqam mollanın savadsızlığı ilə yanaşı, ona sualları verən, videoya çəkən şəxsin də heç də İslamdan anlayışı olmamasıdır. Belə ki, sualları verən şəxs mollaya guya surə və ayələrin sayını başa salır, lakin bu zaman böyük yanlışlığa yol verir. Həmin şəxs iddia edir ki, “Quran”da 114 ayə var, lakin surələrin sayı çoxdur. Lakin o unudur ki, “Quran”da ayələrin deyil, surələrin sayı 114-dür. GoldNews.Az
[media=https://www.youtube.com/watch?time_continue=29&v=HaNBz5hb6Ak]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]