Abituriyentlərin NƏZƏRİNƏ: Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI

8-06-2025, 11:28           
Abituriyentlərin NƏZƏRİNƏ:
Ali təhsil müəssisələrinə qəbul planında qruplar üzrə ən çox yer ayrılan ixtisaslar məlum olub.

"Teleqraf" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" jurnalında qeyd olunub.

I ixtisas qrupu üzrə - "İnformasiya texnologiyaları" (1571 yer) və "Kompüter mühəndisliyi" (1324 yer);

II ixtisas qrupu üzrə - "İqtisadiyyat" (2013 yer), "Biznesin idarə edilməsi" (1929 yer), "Maliyyə" (1733 yer) və "Marketinq" (1655 yer):

III qrup üzrə - "Sosial iş" (1550 yer), "Xarici dil müəllimliyi (ingilis dili üzrə)" (1240 yer), "İbtidai sinif müəllimliyi" (1050 yer);

IV qrup üzrə - "Tibb" (695 yer), "Ekologiya" (590 yer), "Psixologiya" (460 yer);

V ixtisas qrupu üzrə - "Dizayn" (964 yer), "Ümumi fiziki hazırlıq" (540 yer) və "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" (513 yer).

Dövlət İmtahan Mərkəzi (DİM)
İmtahan nəticələri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]