Azərbaycan hansı ölkələrdən xlor alır?

7-06-2025, 16:24           
Azərbaycan hansı ölkələrdən xlor alır?
2025-ci ilin yanvar–mart aylarında Azərbaycana 227,17 ton xlor idxal olunub.

Valyuta.az xəbər verir ki, ölkəyə gətirilən xlorun ümumi dəyəri 96,9 min ABŞ dolları təşkil edib.

Məhsul iki ölkədən – Rusiya və İran İslam Respublikasından idxal olunub.
İrandan 22,4 ton xlor gətirilib və bu, 7,24 min ABŞ dollarına başa gəlib. Beləliklə, 1 kiloqram xlorun qiyməti 0,32 dollar və ya 0,54 manat təşkil edib.

Xlorun əsas hissəsi Rusiyadan idxal olunub. Belə ki, 204,77 ton məhsulun dəyəri 89,66 min ABŞ dolları olub. 1 kiloqramın qiyməti isə 0,43 dollar və ya 0,74 manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]