Metroda elektron cüzdanla ödəniş mümkün olacaq VİDEO

4-06-2025, 16:38           
Metroda elektron cüzdanla ödəniş mümkün olacaq  VİDEO
İstər "Apple Pay", istər "Google Pay", istərsə də digər elektron pul kisələri sırasına metro ödənişləri də əlavə ediləcək.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü Elvin Abbasov bildirib ki, bunun üçün ən məntiqli və arzuolunan yol ondan ibarətdir ki, şəhərdaxili nəqliyyatla məşğul olan qurumlar özlərini beynəlxalq ödəniş sistemlərinə inteqrasiya etməlidirlər. Bu sistemlərə "Google Pay", "Apple Pay" və digər oxşar platformalar daxildir.

Bu isə o deməkdir ki, vətəndaş heç bir xüsusi tətbiqi yükləməyə məcbur olmamalıdır. Onun telefonunda hansı ödəniş vasitəsi mövcuddursa, həmin vasitə ilə metroda, dəmir yolunda və ümumiyyətlə, Bakıdaxili nəqliyyatda rahatlıqla ödəniş edə bilməlidir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]